Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Aleut minimumu

lat. minimum – ən az

Sakit okeanın şimalında, Aleut adaları yaxınlığında ilin çox hissəsi atmosferdə fəaliyyət göstərən qapalı alçaq təzyiq sahəsi.

Yanvarda A.M.-nun mərkəz hissəsində atmosfer təzyiqi 750 mm-dən aşağı düşür. O, əsasən, ilin soyuq dövründə yaranır, yayda isə, demək olar ki, yoxa çıxır. Bu ərazidə alçaq atmosfer təzyiqinin formalaşmasına səbəb isti Alyaska cərəyanıdır. Güclü qar yağıntısı və külək nəticəsində A.M. Alyaska və Kamçatka yarımadalarında, Kuril adaları zonasında intensiv siklonun əmələ gətirir.

Coğrafiya terminləri lüğəti