Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

alıcı tələbatı

Auditoriyanın bu və ya digər informasiya xidmətinə, KİV məhsuluna olan marağının kəmiyyət və keyfiyyət gös­təricisi.

İlk növbədə, kəmiyyət göstəricisi olaraq A.T. öz əksini nəşrin tirajında, satış həcmində, teleradio kanallarının və on­ların verilişlərinin reytinqində tapır. Lakin A.T. auditoriyasını genişləndirməyə çalışan və bu məqsədlə əhalinin konkret bura­xılışlara, materiallara reaksiyasını izləyən KİV-in kontentinin formalaşdırılmasına da birbaşa təsir göstərir. Bu xüsusiyyətinə görə o, mə­naca «sosial sifariş» anlayışına yaxın­laşır və KİV-də keyfiyyət dəyişik­lik­lə­rinə sə­bəb ola bilir.

Jurnalistika terminləri lüğəti