Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALQIŞ azərb.

alqıç sözünün dilimizdə iki mənası vardır: 1. Şifahi ədəbiyyatda nəcib, xeyirxah diləyi ifadə edən və müəyyən mərasimlərlə əlaqədar arzuları ifadə edən söyləmlər; 2. Təbrik üçün və nəyi isə bəyənmə ifadəsi olaraq əl çalma.

Alqış şəxs adı sözün birinci mənası ilə əlaqədardır. Dilimizin adlar sistemində müştərək şəxs adları sırasında olan Alqış Azərbaycan antroponimikasında övladı dünyaya gələn valideynin öz sevincini ifadə etməsi ilə əlaqədar olan adlardandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti