Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alter eqo

lat. alter – ikisindən biri + ego – mən

Müəllifin və ya real şəxsin xarakteri ilə eynilik və ya bənzərlik təşkil edən personaj, psixoloji portret, ikinci "mən".

Bu termini prototipin əksi kimi qəbul etmək olar. İfadə ilk dəfə Miladdan öncə IV əsrdə yaşamış yunan filosofu Zenon tərəfindən işlənmiş, orta əsrlərdə Avropada daha çox hüquqi termin kimi istifadə olunmuşdur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti