yun. amphitheatron < amphi – iki tərəfdən, dairəvi + theatron – tamaşa yeri
1. Qədim yunan teatrında tamaşaçılar üçün, əsasən, təpələrin yamacında salınan və pillə-pillə qalxan yarımdairə formalı oturacaq yerləri.
2. Qədim Romada mitinqlər, teatr tamaşaları, qladiator döyüşləri və vəhşi heyvan oyunları üçün istifadə edilən, dairəvi və ya ellips formalı monumental tikili.
A.-ın ortasında arena, arenanın ətrafında isə pillə-pillə qalxan tamaşaçı yerləri olub. Bir sıra A.-lar dövrümüzədək qalıb. Romadakı Kolizey və Afinadakı Dionis teatrı klassik A. nümunələri hesab olunur.
3. Müasir teatr, sirk və konsert zallarında parterdən müəyyən hündürlükdə yerləşən və pillə-pillə qalxan oturacaq yerləri.
Tarix terminləri lüğəti