Reklam
Reklam

Fizika terminlər lüğəti

AMPER

1. Elektrik cərəyanı şiddətinin vahidi. Beynəlxalq vahidlər sisteminin əsas vahidlərindən biri.

A və ya a ilə işarə edilir. A. vakuumda bir-birindən 1 m məsafədə olan, olduqca kiçik dairəvi en kəsiyə malik sonsuz uzun iki paralel naqildən sabit cərəyan keçdikcə, naqillərin hər metrində 2•10-7 n qarşılıqlı təsir qüvvəsi yaradan cərəyan şiddətidir. Beynəlxalq A. gümüş-nitrat məhlulundan 1 san-də 1,118 mq gümüş ayıran cərəyanın şiddətidir. 1 beynəlxalq A.= 0,99985 mütləq A.

2. Maqnit-hərəkət qüvvəsi vahidi (BS və MKSA vahidlər sistemində).

Fizika terminlər lüğəti