►Torpağın müqәddәsliyini, həyat və güc mənbəyi olduğunu bildirən ifadə.
İfadə torpağın, yerin «ana» hesab edilmәsi barədə xalq inancından yaranmışdır.
Bir çox qәdim xalqların әfsanә və әsatirlәrindә yer ana (qadın), göy ata (kişi) şәklindә tәsvir edilir, һәyatın isә ana torpağın ata göydәn һamilә olması nәticәsindә yarandığı göstәrilir. Bu inam әn qәdim Şumer, Babil, Finikiya әfsanәlәrindә özünü göstәrir. Habelә qәdim hind, İran, Çin әsatirlәrindә yer ana (qadın) һesab edilir. Məşhur tarixçi Plutarx (46–127) yazırdı ki, göy atalıq, yer analıq vәzifәsini yerinә yetirir. Yağış sayәsindә yer һamilә olur vә mәһsul meydana gəlir. Bu fikir Evripid (e.ə. 480–406), Vergili (e.ə. 70–19) tәrәfindәn dә irәli sürülmüşdü.
Qәdim dillәrin çoxunda (şumer, akkad, babil, hett, hind, yunan) «yer» anlayışını bildirәn söz qadın cinsindә işlәdilirdi. Bu cәhәtdәn Qәdim Misir dili istisna idi. Misirdә yağış yağmadığı üçün yer kişi, göy qadın kimi tәsәvvür edilirdi.
Ana torpaq, əslindә, «böyük ana», «ilaһә ana», «qarı nәnə» ifadәlәrindә şәxslәndirilir. Bu obraz eramızdan 2 min il qabaq Hindistandan Balkana kimi bütün Şәrq ölkəlәrindә geniş yayılmışdı.
Ümumiyyәtlә, qәdim Şәrq kosmoqonik tәsәvvürünә görә, o zaman mәlum olan yeddi sәyyarә ata, mәşһur dörd ünsür (od, һava, torpaq, su) isә ana hesab edilirdi. Xalqın nəzərində indi də torpaq canlı kimi təsvir və təsəvvür edilir. «Torpaq deyir ki, öldür məni, dirildim səni» ifadəsi bu anlamda işlədilir.
«Ana vətən» anlayışı da təxminən eyni gümanlardan yaranmışdır və mahiyyətcə «ana torpaq» ifadəsinə çox yaxındır.
Məsəllər, deyimlər