►Əhd etmək, görəcəyi işlə bağlı vəd vermək, əhdinə sadiq qalmaq.
İfadə dünya xalqlarının bir çoxunda mövcud olmuş dostlaşma, qardaşlaşma mərasimi ilə bağlı meydana gəlmişdir.
Tәdqiqatlardan mәlum olur ki, buradakı «and» sözü, әslindә, «qan qardaşı» mәnasında işlәnən «anda» sözündəndir. «Anda» sözü monqolca hәm dә «әmi, dayı» mənasını verir. Monqollarda «xoş gәldiniz» demək məqamında «anda» deyirlәr ki, bunun da mәnası «qardaşımsan vә әzizimsәn» demәkdir. Qәdim türk xalqlarının vә monqolların bir adәtinә görә, başqa-başqa qәbilәlәrdәn olub qardaşlaşmaq, dostlaşmaq istәyәn iki şәxsin hәr biri öz qolunun damarından kәsәr vә axan qanı bir çanağa yığardı. Bu qanı süd vә ya qımızla qarışdırıb bərabәr miqdarda içәrdilәr. Bu mәrasim bitәndən sonra onların hәr biri digәrinin qәbilәsindә qardaşlığının bütün hüquqlarını әldә edir, doğma qardaşdan fәrqlәndirilmirdi. «And içmәk» ifadәsi bu adətlə əlaqәdardır.
Uzunmüddәtli müһaribәlәrdәn sonra xalqlar arasında sülһ bağlanmasından bәhs edərkən antik yunan tarixçisi Herodot (e.ə. 484–425) göstәrir ki, bu xalqlar da ellinlәr kimi and içmәklә müqavilә bağlayırlar. Onlar dәrini çərtib bir-birinin qanını sorub içmәklә bu müqaviləni qüvvәyә minmiş һesab edirlәr. Bu andiçmә qaydası qәdim skiflәrdә dә geniş yayılmışdı.
Bir sıra xalqlarda sonradan qardaşlaşanlar doğma qardaşdan irәli hesab olunurdu (xalq dilindә «qardaş qoşma» ifadәsi işlәdilir). Doğma qardaşlar arasında bəzən düşmәnçilik yaransa da, qan içib qardaşlaşanlar һeç vaxt bir-birinә düşmәn olmazdılar.
Məsəllər, deyimlər