Reklam
Reklam

Tarix terminləri lüğəti

animizm

lat. anima – ruh

Ruhlara sitayiş.

A.-ə görə, insanlar, heyvanlar, maddi aləmin digər cisim və hadisələri müstəqil və qeyri-məhdud ruhlar tərəfindən idarə olunur. A.-in yaranması və inkişafı ibtidai insanların təbiət qüvvələrinə qarşı mübarizədə acizliyi ilə bağlı olub. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və bu kimi hadisələri bədəndəki ruhun fəaliyyəti ilə əlaqələndirib. Azərbaycan ərazisində ilk animistik təsəvvürlər e.ə. V–IV minilliklərdə yaranıb. Qədim Azərbaycan adətinə görə, pərvanəni öldürmək günah hesab olunub, çünki pərvanə evə gəlmiş dədə-baba ruhu sayılıb. A.-in bir çox ünsürləri xristian, islam və s. dinlərə keçib. A. ilkin formasında dünyanın ən ucqar bölgələrində ictimai inkişafda geri qalmış tayfalar arasında öz mövqelərini bu gün də saxlayır. A. terminini elmi dövriyyəyə ilk dəfə XVIII əsrin əvvəlində alman alimi Georq Ştal daxil edib.

Tarix terminləri lüğəti