yun. antagonisma – kimə qarşısa mübarizə, münaqişə
Bir-birinə qarşı duran qüvvələr, təmayüllər, qruplar, xalqlar, dövlətlər arasında barışmaz ziddiyyət.
A. bir çox hallarda müharibələrə, inqilablara və digər sosial sarsıntılara gətirib çıxarır. A. termini əks qüvvələrin (xeyirlə şərin) mübarizəsi mənasında dini sistemlərdə, habelə Kant, Şopenhauer və b. filosofların əsərlərində işlədilir.
Tarix terminləri lüğəti