yun. antiteton – qarşılaşdırma, müqayisə
Antitezanın növlərindən biri: eyni obyektin deyil, iki müxtəlif obyektin bir-birinə əks olan cəhətlərinin qarşılaşdırılması.
Nümunə:
Həmişə ayrıyıq, gecə-gündüzük,
Birimiz təpəyik, birimiz düzük. (B.Vahabzadə)
Bəzən ikinci qarşılaşdırılan birincinin nəticəsi kimi çıxış edir; məs.:
Gecə günəş batır ki...
Biz alışaq,
Biz yanaq.
Gecə günəş yatır ki,
Biz yuxudan oyanaq! (B.Vahabzadə)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti