aqil (əslində əql–ağıl) sözündəndir Aqil kişi adı ağıllı, dərrakəli, kamallı, zəkalı mənalarını ifadə edir.
Azərbaycan antroponimikasına XX əsrin 30-cu illərindən daxil olan Aqil kişi adı əsrin sonlarına yaxın dəbdən düşmüşdür. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Aqil Qyliyev (1963-1992) bəşər tarixində ən ağır faciələr sırasında olan Xocalı dəhşətlərində dinc əhalini müdafiə etmək məqsədilə düşmənlə son nəfəsinə qədər döyüşüb həlak olmuş vətənin dəyanətli oğullarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti