Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

aqrometeoroloji proqnoz

Kənd təsərrüfatı bitkilərinin böyüməsinə, inkişafına və məhsuldarlığına mühüm təsir göstərən aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsi.

A.P. əkin-biçin vaxtı, məhsul toplanarkən əlverişli hava şəraitindən istifadə etməyə və kənd təsərrüfatı bitkilərini əlverişsiz hava şəraitindən qorumağa imkan yaradır. Onu mərkəzi və ya yerli hidrometeoroloji xidmət idarələri elan edir.

Coğrafiya terminləri lüğəti