fr. arbitrage – münsiflər məhkəməsi
Mübahisəli məsələlərin çəkişən tərəflər arasında könüllü razılıq əsasında müəyyənləşmiş münsif (arbitr) və ya münsiflər vasitəsilə araşdırılması üsulu.
A.-ın başlıca səciyyəvi cəhəti arbitrləri tərəflərin özləri seçməsindən, yaxud onların tərəflər arasında razılaşdırılmış şərtlər əsasında və ya qanunla müəyyən edilmiş qaydada təyin olunmasından ibarətdir. A.-ın qərarı məcburi hüquqi qüvvəyə malik olur. Beynəlxalq mübahisələrin dinc yolla həlli vasitəsi kimi A. BMT nizamnaməsində nəzərdə tutulub.
Tarix terminləri lüğəti