Reklam
Reklam

Etimologiya lüğəti

arğac

Kilim, gəbə və s. toxunanda hündür qalxan iplər əriş, eninə gedən isə arğac adlanır. Mənbələrdə arğa feili var və rus dilinə “ткать, плести поперек” kimi tər­cü­mə olunub. Arğac sözü qədim mənbələrdə arqat, arqut, arquru formalarında qeydə alınıb. Deməli,“toxumaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti