Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARİF ərəb.

arif sözü “arafa” (bilmək) feilindəndir. Bu kökdən əmələ gələn arif sözü dilimizdə də bilən, tez anlayan, tez qanan, tez başa düşən, xəbərdar, həmçinin həssas, lətif mənalarını ifadə edir. Arifa bir içara kifayat edar el məsəlində də arif sözü bu mənalardan birini ifadə edir.

Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış kişi adları sırasında olan Arif adı, əsasən, XX əsrin iyirminci illərinin sonundan etibarən oğlan uşaqlarına verilməyə başlamışdır. Ona qədər ədəbiyyat tariximizdə Arif Ərdəbili, Arif Təbrizi, Arif Şirvani və b. şairlərin adında rast gəldiyimiz Arif sözü sadəcə olaraq təxəllüs olmuşdur. H.Cavidin “İblis” dramında məkrli İblislə qarşılaşan ağıllı, namuslu, sadəlövhlüyündən başına bir çox işlər gələn əsas sürətin adı da Arifdir. Məhz bu əsərdən sonra məişətimizdə Arif kişi adı daha geniş yayılmağa başlamışdı. Adın daşıyıcılarından Arif Qubadov I Qarabağ müharibəsində Tərtər və Ağdərə uğrunda gedən ağır döyüşlərdə döyüşkənliyi və rəşadəti ilə fərqləndiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti