Reklam
Reklam

Etimologiya lüğəti

arıq

Arımaq feilindən əmələ gəlib. “Təmiz” mənasında işlədilən arı sözü də bu­ra­dandır (ad-feil omonimdir). Arıq adamın əti tökülür, bədəni “təmizlənir” (yün­gül­ləşir). Başqa yozuma görə, sözün əsli örümək (ərimək) kimi olub, öt (ört) gəlməsi ilə bağlıdır. Öt isə “od” deməkdir, ütmək feilinin köküdür. “Təmizlənmək” mə­na­sında indi arımaq kəlməsi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti