Reklam
Reklam

Tarix terminləri lüğəti

Arşakilər

E.ə. 250-ci ildən eramızın 224-cü ilinədək Parfiyada hakimiyyətdə olmuş sülalə.

A. özlərini İran şahı II Artakserksin nəsli, yəni Əhəmənilər sülaləsinin davamçıları saysalar da, tarixi faktlar bunu təsdiqləmir. Rəvayətə görə, A. sülaləsinin banisi Xəzər dənizinin şərqində (indiki Türkmənistan ərazisində) yaşayan parn tayfasının nümayəndəsi I Arşak sayılır. Tarixi faktlar isə Parfiya çarlığının banisinin I Tiridat olduğunu göstərir.

Tarix terminləri lüğəti