Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARUZ

qəd. türk dilində aruz sözü bir neçə mənada işlənir: 1. Bö- yük, iri; 2. Hədəf; 3. Təcrübəli, anlayan, uğurlu; 4. Yorğun, yorulmuş, əldən düşmüş; 5. Övliya, ruhani; 6. Zahid, tərkidünya.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aruz adı sözün üçüncü mənası ilə, yəni təcrübəli, anlayan,uğurlu mənası ilə əlaqədardır. Qədim adlardan hesab edilir. Hələ ilk yazılı abidəmiz hesab edilən “Kitabi-Dədə Qorqud” dastanlarında Aruz antroponiminə iki dəfə rast gəlinir. Birincisi, Aruz Qoca – oğuz elinin bəylərinin başçısı, Salur Qazanın dayısı, Qazan xana qarşı çıxan üsyanın rəhbəridir, ikincisi isə qaniçən, yırtıcı Təpəgözü öldürən Basatın atasıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti