Bunu alınma övrət sözü ilə bağlayırıq, amma dilimizdə “doğmaq” mənasını verən ur feili olub. Həmin kəlmədən urkaçı sözü də əmələ gəlib və “dişi”, “doğan” anlamlarını əks etdirib. Bizdə urağut sözü arvad sözünün dubleti olub. “Toxum” mənasını verən ur (urluq) sözü də yuxarıdakı ilə bağlıdır (görünür: ur sözü ad-feil omoformu olub). Sarı uyğurlar “orukkaver” cümləsini “ərə ver” kimi başa düşürlər. “Tayfa, qəbilə, qohumluq, uşaq, törəmə, toxum” mənalarını verən uruğ sözü də mövcud olub. Deməli, ur, urağut, uruğ kimi sözlərin hamısı eyni kökdən törəyib və arvad kəlməsi bizdən başqa dillərə keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti