Əvvəllər ayrıq kimi olub. Ayırmaq feilindən əmələ gəlib. Arx, “böyük çaydan ayrılmış qol” deməkdir. Arxdan ayrılan daha kiçik qol isə qac adlanır. Belə güman edirəm ki, sonuncu kəlmə (dialektlərdə bu söz qaj kimi də işlədilir) qazmaq feli zəminində yaranıb. Çay və arx öz məcrasını təbii yolla yaradır (su özünə yol açır), qac isə süni yolla (qazmaq vasitəsilə) əmələ gətirilir. Irmaq sözü də arx kəlməsi ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti