Azərbaycanda milli üst geyimi.
Kişi A.-ının beli büzməli olub, ətəyi dizə çatıb, döşü isə boğaza qədər düymələnib. Onun yaxası “önürlü” və “düzyaxa” olmaqla iki formada tikilib. Qollarının biçiminə görə “bütöv”, “atmaqol” və “qolçaqlı” A.-lara rast gəlinir. Bu geyimin üstündən ruhanilər, tacirlər, baqqallar və b., bir qayda olaraq, qurşaq dolayıblar, kasıblar qayış-kəmər, varlılar isə qızıl kəmər və ya gümüş təkbənd bağlayıblar. Qadın A.-ı gödək və yaxası açıq olub; öndən 3–5 düymə ilə düymələnib. Onu məxmər, tirmə, müxtəlif zərli xara parçadan tikiblər, yaxasını əqrəmən, gümüş, qızıl buta və pulla bəzəyiblər. Uşaqlar üçün də kiçikölçülü A.-lar hazırlanıb.
Tarix terminləri lüğəti