yun. a – inkar şəkilçisi + yun. seysmo – hərəkətdə olan
Yerin nadir hallarda zəlzələ baş verən və ya zəlzələlərin çox zəif hiss olunduğu sahələri.
A.S., əsasən, sabit platformalara uyğun gəlir və onların üzərində yerləşən əraziləri (Avstraliya, Şərqi Avropa, Kanada, Braziliya yaylaları, Qərbi Sibir və s.) əhatə edir.
Coğrafiya terminləri lüğəti