►Yol verdiyi hər hansı yanlış hərəkətə görə kimisə bərk danlamaq, ciddi cәzalandırmaq.
İfadə qədim xalq ənənəsi ilə bağlı meydana çıxmışdır.
Tarixən «aş», ümumiyyәtlә, yemәk, xörәk mәnasında işlәnirdi. Qədim zamanlarda – islam dinindən əvvəlki dövrlərdə vəfat etmiş adam üçün «ölü aşı» bişirәr vә onu ölünün olduğu yerә (әvvәllәr daxmaya, sonralar qәbrin üstünә) aparıb qoyardılar. Məqsəd bu idi ki, guya ölü ac qalmasın.
Qәdim xәzәrlәr ölünün baş tәrәfinә iki qab – adәtәn, gildәn düzәldilmiş küplər qoyurdular. Bunların birindә xörәk (aş), digәrindә içki (su, bәzәn dә çaxır vә s.) olardı. Bәzi arxeoloji qazıntılar bunlardan әlavә, qәbrә әt (һәtta bütöv cәmdәk) dә qoyulduğunu müәyyәnlәşdirmişdir.
«Kitabi-Dәdә Qorqud»da kafirlәr Salur Qazanı dustaq etdikdә onu bir quyuya salırlar. Tәkurun övrәti onun yanına gәlib «yer altında» nә yeyib-içdiyini soruşur. Qazan deyir: «Ölülәrinә aş verdiyin vaxt әllәrindәn alıram». Arvad gedib әrinə şikayәtlәnir ki, Qazan «ölülәrimiz üçün verdiyimiz aşı әllәrindәn alıb yeyirmiş».
«Kitabi-Dәdә Qorqud»da göstәrildiyinә görә, Uruz atası Qazana deyir ki, anam «üç ayda varmazsam, öldüyümü ol vaxt bilsin! Ayğır atımı boğazlayıb aşımı versin».
Sonralar aş ölünün özünә yox, onun dәfn mәrasimindә iştirak edәnlәrә verilmәyә başlamışdı. Odur ki «aşını vermәk», әslindә, ölәn şәxsin ruһunun xilası üçün yemәk bişirmәk vә yedirtmәk (sonralar «eһsan vermәk») demәkdir. El arasında «filankəs ölüb, aşı da yeyilib» ifadəsi bu günədək yaşamaqdadır. Demәli, aşını vermәk şәxsin öldüyünü iqrar etmәkdir ki, ifadәnin mәcazi mәnası da buradan törәmişdir.
Yuxarıdakı ifadә sonralar müxtәlif dәyişikliklәrә məruz qalıb yeni-yeni variantlar kәsb etmişdir: «aşını bişirmәk», «aşının suyunu vermәk», «aşını dәmə qoymaq», «əlinin suyunu göstәrmәk», «aşı bişmәk» və s.
Məsəllər, deyimlər