►Gizli olanın üstünü açmaq, ifşa etmək, kimisə qadağan olunmuş hansısa bir işi görərkən yaxalamaq.
İfadənin qədim adət və inanclarla bağlı meydana gəldiyi ehtimal edilir.
Nə qədər qəribə görünsə də, ifadə su ilə bağlıdır və ilkin dövrdə «sudan çıxarmaq» mənasında işlənib, yəni bir şeyi, məsələn, balığı suyun altından – görünməyən yerdən üzə – aşkara çıxarırsan. «Möcüzə»nin uğurlu olması üçün su mütləq təmiz, təzə və şəffaf olmalı idi.
Başqa ehtimala görə, bu ifadə qədimdə mövcud olmuş «Tanrı məhkəməsi» adlanan mərasimlə bağlıdır. Yəni əvvəllər müqəssir hesab olunan şəxsi təmiz suya atırdılar, əgər o üzüb çıxa bilirdisə, deməli, təmiz su onu qəbul etməyib və o günahkardır, əgər batırdısa, bədbəxtə ölümündən sonra bəraət qazandırırdılar.
Bəzi dilçilər belə hesab edirdilər ki, XVIII əsrdə bu ifadə, əsasən, «aşkara çıxmaq» mənasını verirdi və kiminsə uzaqgörənliyi sayəsində fırıldaqçılığın üstünün açılması haqqında söhbət gedirdi. İfadənin həqiqi mənası bilicilərin kimin üçünsə cadu etməsini aşkara çıxarmaqla bağlı olmuşdur. Aşkara çıxarmaq kiminsə əksini suyun üzərinə çıxarmaq demək idi. Deyilənə görə, suda fala baxarkən günahkar insanın obrazı təmiz suyun üzərində görünürdü.
Məsəllər, deyimlər