Ekspozisiyadan sonra fotomaterial üzərində alınan görünməyən təsviri aşkara çıxarmaq üçün işlədilən məhlul; fotoqrafik aşkarlayıcı.
A.-nın tərkibi, başlıca olaraq, təsviri aşkarlayan (metol, hidroxinon və s.), prosesi sürətləndirən (qələvi), məhlulu oksidləşmədən mühafizə edən (adətən natrium-sulfat) və fototəsviri vualdan qoruyan, yəni şəklin tutqun çıxmasının qarşısını alan (kalium-bromid, benzontriazol və s.) maddələrdən ibarətdir. Fotomaterialın növündən və məhlulun tətbiqindən asılı olaraq A.-lar neqativ, pozitiv, rentgen və s. fotoşəkillərin emalı üçün olur.
Fizika terminlər lüğəti