Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

aşkarlıq

1. Ölkədə baş verən bütün mü­hüm hadisələrə və dövlət orqanlarının ­fəa­liyyətinə dair informasiyanın ictimai mü­­­­zakirələr üçün maksimum açıqlığı.

2. Dar mənada: 1985-ci ildən SSRİ-də hə­yata keçirilən yenidənqurma siyasətinin əsas komponenti.

Senzuranın zəifləməsi və çoxsaylı informasiya məhdudiyyət­lə­rinin aradan qalxması ilə müşayiət olunan bu proses 1991-ci ildə Azərbaycan Respub­lika­sının da daxil olduğu Sovet İttifaqının da­ğılması ilə yekunlaşdı.

Jurnalistika terminləri lüğəti