ər. – onuncu gün
Xəlifə Əli ibn Abu Talibin oğlu imam Hüseyn və onun tərəfdarları üçün şiələrin saxladığı matəmin kulminasiyası.
A. müsəlman qəməri təqviminə görə məhərrəm ayının 10-cu gününə düşür. Həmin gün – 680-ci il oktyabrın 10-da Kərbəla yaxınlığındakı döyüşdə imam Hüseyn, onun qardaşı Abbas və 70 tərəfdarı qətlə yetirilib. Bu münasibətlə hər il A. günü şiələr yaşayan yerlərdə təziyələr tutulur, imam Hüseynin şərəfinə yürüşlər keçirilir, qəsidələr və dualar oxunur, onun əzablı ölümünü təsvir edən səhnələr (şəbih) göstərilir. İmam Hüseyn və onun tərəfdarlarının əzablarını öz bədənlərində hiss etmək üçün şiələr xəncər, qılınc, habelə zəncir, digər küt alətlərlə özlərinə fiziki xəsarətlər yetirirlər.
Tarix terminləri lüğəti