Baba atadan daha təcrübəli, daha ulu hesab olunur. Bəs nə üçün hikmətli kəlamlara “babalar sözü” yox, “atalar sözü” deyirik? Səbəbi odur ki, ata və baba kəlmələri tarixən həm də sinonim sözlər olmuşdur. Anadolu türkləri indi də ata əvəzinə, baba işlədirlər. Deməli, atalar sözü ifadəsi yaranarkən ata və baba bir-birindən fərqləndirilməyib. İndi də atalar sözü məhz “babalar (ulular) sözü” kimi anlaşılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti