Atmosferin Yer səthinə və təmasda olduğu bütün cisimlərə göstərdiyi təzyiq.
Hər bir nöqtədə A.T. həmin nöqtədən atmosferin üst sərhədinə qədər olan hava sütununun ağırlığına bərabərdir. Dəniz səviyyəsində “normal” A.T. 1013 mb və ya 760 mm hündürlüyündə civə sütununun ağırlığı qədərdir. Bu təzyiq təqribən 45° şimal və cənub enliklərində, temperatur şəraitində ölçülən təzyiqə uyğun gəlir. A.T. Yer səthində şaquli və üfüqi istiqamətdə dəyişilir. Temperaturun artması nəticəsində havanın sıxlığı azalır və bununla əlaqədar olaraq A.T.-i də fərqli qiymət alır. Yuxarı qalxdıqca hər 100 m-də A.T.-i orta hesabla 10 mm civə sütunu qədər azalır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti