Reklam
Reklam

Tarix terminləri lüğəti

atropatilər

Əsası e.ə. 321-ci ildə Atropatenanın birinci hökmdarı Atropat tərəfidən qoyulmuş hökmdar sülaləsi.

Atropatena çox vaxt antik mənbələrin əhatə dairəsinə düşmədiyinə görə bu sülalənin bütün hökmdarlarının adlarını müəyyən etmək mümkün deyil. Tarixi mənbələrdə A. sülaləsi hökmdarlarından yalnız Atropat, Artabazan, Mitridat, Artavazd, Ariobarzan, II Ariobarzan və II Artavazdın adları çəkilir.

Tarix terminləri lüğəti