fr. autographe ˂ yun. autos – özü + grapho – yazıram, çəkirəm
1) Əsər müəllifinin öz xətti ilə yazdığı əlyazma nüsxəsi.
2) Müəllifin öz kitabı üzərində çəkdiyi imza, yazdığı xatirə qeydi.
Dövlət xadimləri, alimlər və yazıçıların avtoqrafları elmi institutlarda, muzeylərdə və dövlət arxivlərində toplanır, mühafizə və tədqiq edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti