1. Son, nəhayət; bir şeyin son nöqtəsi qurtaracağı. □ Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı.
2. Aqibət, nəticə, son. □ Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. (İ.Əfəndiyev).
3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir). □ Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr səni aparar! (C.Məmmədquluzadə).
4. Məcazi mənada: ölüm, son nəfəs. □Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm. Hiss eləyirəm ki, axırımdır (C.Məmmədquluzadə).
5. Əvvəlki fikri əsaslandırmaq, yaxud bir şeyi sübut etmək, ifadəni gücləndirmək üçün söylənir, bəzən etiraz, narazılıq, məzəmmət, bəzən də xahiş, təkid bildirir. □ Axır nə səbəb söz deməyə qüdrətin olsun? (M.Ə.Sabir).
Həmçinin bax: