Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

axırıncı [axırıncı] sifət

1. Bir şeyin sırasında sonuncu, ən axırdakı; ən axırda olan (gələn).Axırıncı qurtum. Axırıncı dəfə. Axırıncı iclas. Axırıncı aşırım.
2. Ailədə hamıdan kiçiyi. □ Axırıncı oğul. Axırıncı övlad.
3. Qəti, son, qurtaracaq. □ Axırıncı qiymət.
4. Ən yeni, ən təzə, yenicə meydana çıxmış, son. □ Axırıncı moda. Texnikanın axırıncı nailiyyəti. Elmin axırıncı sözü.
5. Ən pis, ən əhəmiyyətsiz; daha az əhəmiyyəti olan. □ Axırıncı yerdə durmamaq üçün gecə-gündüz çalışmaq lazımdır.

Azərbaycan dilinin izahlı lüğəti