Reklam
Reklam

Etimologiya lüğəti

axtarma

1. Pendir növüdür, hərfi mənası “alt-üst etmək”, “qarışdırmaq”, “yoğur­maq” deməkdir, mənbələrdə ruscaya “перевалить” kimi tərcümə olunur. Belə hazır­la­nır: isidilmiş (lakin çiy) südə maya vurulur, qabı isti parçaya bükürlər, su üzə çı­­xanda süzür, bərk qarışdırır və sonra motala basırlar. Türk­mən dilində qa­rışdırmaq sözünün sinonimi kimi aqmak feili işlədilir. Aqdar­maq onun təsirli va­riantıdır. Axtarma pendirlə soğ südünün qarışdırılması an­lamını əks etdirə bilər.

2. Bəzi rayonlarda (məsələn, Füzuli rayonunda) üzlü pendiri belə adlan­dırırlar. Borçalı dərəsində hər cür üzlü pendirə yox, motalda saxlanılan və üstünə soğ südü tökülmüş pendirə axtarma deyirlər (soğ südü – qoyun soğulma ərəfə­sində sağılan ən yağlı süddür). Belə pendiri əziz qonaqlar üçün başqa motalların ara­sın­da gizlədir, sonra tapıb seçmək üçün axtarış aparırlarmış. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti