Reklam
Reklam

Etimologiya lüğəti

aya

Qərb dialektlərində əlin içinə “aya” deyirlər. “Sözümün öyü var” cümləsi də işlədilir ki, burada öy sözü aya sözünün dəyişmiş formasıdır. “Çəpik çal” yerinə bəzi türk dillərində “aya yap” deyirlər. Dialektlərdə aya yerinə bəzən maya da işlədilir. Anam deyərdi: “kürəyimi əlinin mayası ilə ovuşdur”. Mənbələrdə ayağın altındakı orta hissəyə (çökək yerə) də ayaq ayası formasında rast olunur. Deməli, aya – “iç”, “məğz”, “çökəklik” (oyuq yer) mənalarını bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti