Eyn (göz), eynək (gözlük), əyani (görünən) tipli sözlərlə ayna (göstərən) kəlməsi eyni kökə malikdir və ərəb mənşəlidir. Ayna sözünü bəzən fars mənşəli hesab edirlər. Məncə, ayna (hətta rus dilindəki окно) kəlməsi tarixi baxımdan göz (eyn) sözü ilə bağlıdır və ərəb mənşəlidir. Doğrudur, rus dilində də “göz” (görmək) anlamını verən око(очки) sözü var, amma bunlar da ərəb dili ilə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti