Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AYTƏKİN azərb.

mürəkkəb adların hissəsi kimi çıxış edən Ay takin sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Aytəkin

(bax: ad – AY; TƏKİN) şəxs adı ər (xüsusiyyətli), yəni kişi ürəkli, mərd xan anlamına gəlir. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Aytəkin Məmmədov (1967-1991) Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq I Qarabağ müharibəsinin ən ağır dövründə hər gün düşmən hücumuna məruz qalan kəndlərimizi amansız düşməndən müdafiə etmək üçün ezam olunduğu Xanlar (indi Göygöl) bölgəsinin Quşçu kəndində gedən şiddətli döyüşlər zamanı erməni ordusunun dəstələrini geri çəkilməyə məcbur etməyə müvəffəq olsa da, özü qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti