Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

azaylammax1

Cəbrayıl, Zəngilan

Öz-özünə deyinmək, şikayətlənmək.  Genə nə azaylannersan, no:luf sa: (Zəngilan).

azaylammax2

Meğri

Tənbəlləşmək, tənbəllik etmək. □ Ta:rının ver günü azaylenerəm Mığrıya getməyə.

azaylammax3

Çənbərək

Yuxuda sayıqlamaq. □ Keçəmən Mühəmmət beyje yaman azaylandı.

Azərbaycan dilinin dialektoloji lüğəti