Bir ehtimala görə, burada azı hissəsi əzmək sözü ilə bağlıdır. Anadolu türkləri buna “üyüdücü diş” deyirlər.Yemi əzən əsas dişlər azı dişdir. İkinci ehtimala görə, azı kəlməsi azuqə (yem), aş kəlmələri ilə bağlıdır. Mənbələrdə söz azıq kimi verilib və əzmək, həm də aş sözü ilə bağlı izah olunub. Anadolu türklərində sözün üyüdücü kimi işlədilməsi göstərir ki, birinci ehtimal daha ağlabatandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti