Baba... ilə başlanan kişi adlarının oxşama və əzizləmə məzmunlu qısaldılmış formasıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Nənəş və s. Babaş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmiş, addan soyad da formalaşmışdır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Babaş bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti