Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bad1

Basarkeçər, Bərdə, Gəncə, Naxçıvan, Şərur, Yevlax, Zəngilan

1. Təndir qurmaq üçün tərkibinə keçi qılı qatılmış sarı torpaqdan hazırlanan palçıq (Gəncə). □ Badı döyün təndirin qra:nı qayrax.

2. Palçıqdan hazırlanmış təndir hissələri (Bərdə, Basarkeçər). □ Altı-yeddi baddan olur təndir (Bərdə); Baddarı hazırra təndir qoyax (Basarkeçər).

bad2

Kəlbəcər, Şəki, Ucar

1. Qazma evlərin ortasında palçıqdan qayrılmış ocaq yeri (Kəlbəcər). □ Bizim evin badı çox dərin tüşüf.

2. Ocağın, kürənin kənarlarına düzülən kərpic (Şəki, Ucar). □ Kürənin badı qızmışdı (Şəki); Bu ocağın badı bir az bö:y olsa yaxşı olardı (Ucar).

bad3

Ucar

Ağac qabığı.

bad4

Qazax

Çiy kərpic. □ Bir bad evim var.

bad5

Meğri

Su arxının kənarları. □ Uxarı su gedip ki, baddar da islanıp.

Azərbaycan dilinin dialektoloji lüğəti