Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

badış1

Ağdam, Bərdə, Borçalı, Füzuli, Hamamlı, Qazax, Şərur

Başqaları ilə dəyişik düşməmək üçün toyuğun ayağına tikilən əski parçası, nişan. □ Bizim töuxların hamısının əyağına badış tix'mişəm (Ağdam); Töyüğün əyağına çındadan tikillər, olur badış (Borçalı); Badışı töyoğun badına bağlerix' (Başkeçid); Ay qız, fərələrə badış tix', qonşunun töyuxlarıynan dəyişix' tüşməsin (Qazax).

badış2

Qazax

Baldıra geyilən boğazlıq. □ İş adamına badış çox yaxşıdı.

badış3

Salyan

Nazik corab. □ Badış nazik coraba diyillər.

badış4

Hamamlı

Təndirə çörək yaparkən qola geyilən qolçaq. □ Çörəyi yapanda badış gey, əlin yanmasın.

Azərbaycan dilinin dialektoloji lüğəti