Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bağır1

Gəncə, Kürdəmir, Qax, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Şuşa

Qaraciyər. □ Bağır kavavı yaxşı olur (Şəki); Qoyunun bağrınnan yaxşı kavaf yedix'; Lət ürəx'də olsa öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar (Qazax).

bağır2

Ağdam, Cəlilabad, Füzuli, Kürdəmir, Quba, Şəki

Ürək, qəlb. □ Qorxudan unun bağrı yarıldı (Quba); İsdidən bağrım çatdadı (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti