1. İçi dolu və ağzı bağlı kisə; çuval və s, düyünçə, bağlanmış şey, boğça. □ ..qazıdığı quyudan bir böyük bağlama çıxartdı. (Ə.Məmmədxanlı).
2. Bir yerə, yaxud üst-üstə yığılıb sarınmış şey. □ Çamadanın dibində qaytanla sarıqlı bir bağlama kağız nəzərə gəldi. (S.M.Qənizadə).
3. Bir yerə göndərilmək üçün qablanıb bağlanmış şey. □ Ana tələbə oğluna bağlama gəndərdi.
4. Bax: bağlamaq.
Deyişmə zamanı aşıqların və keçmişdə şairlərin bir-birini bağlamaq üçün söylədikləri müəmma, qıfılbənd, tapmaca və s.
Qapı-pəncərə laylarını bərkidib saxlamaq üçün taxta parçası.
Azərbaycan dilinin izahlı lüğəti