Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

bağlama1

Tovuz

Qapı və ya pəncərəni arxa tərəfdən bağlamaq üçün taxta parçası.

bağlama2

Kürdəmir

1. Balqabaqdan hazırlanan xörək adı. □ Ci:m bağlama bişirmişdi.

2. Qozdan hazırlanan xörək adı.

bağlama3

Culfa

Yastıq. □ Milax kəndində yasdığa de:llər bağlama.

bağlama4

Qazax, Şəmkir

Qıfılbənd. □ Sana bir bağlama də:rəm, açammazsan (Qazax).

bağlama5

Hamamlı, Kürdəmir, Qazax, Şəmkir

İçərisində yarıya qədər taxıl olan bağlı çuval. □ Bir bağlama dünən ü:tdüm (Şəmkir); Bir bağlama buğdam var, onu at haravıya (Qazax).

Azərbaycan dilinin dialektoloji lüğəti