1. Övlad, uşaq, oğul. □ Ana və bala. Balalara hədiyyə. Bala baldan şirindir. (Atalar sözü). Hər kəsin balası öz gözündə göyçəkdir. (Atalar sözü)
2. Məcazi mənada: övlad, oğul. □ Qafqaz balası, bu körpü cəbhənin mühüm keçidlərindəndir. (Mir Cəlal)
3. Kiçik, körpə heyvan, quş. □ Pişik balası. Tülkü balası. Qarğa balası. Qurd balası qurd olar, eşşək balası – qoduq. (Atalar sözü). Bala quşun ağzı böyük olar. (Atalar sözü)
4. Xitab yerində (çox vaxt “a balam”, “ay balam”, “balam” şəklində də işlənir). □ Ay balam, eybini qan; Bir həya eylə, utan! (M.Ə.Sabir)
5. Sifət kimi: kiçik, balaca, xırda, körpə. □ Xan Sultan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı. (S.Rəhimov)
Həmçinin bax: