Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

balaca [balaca] sifət

1. Həcmcə, boyca, ölçücə kiçik, xırda. Balaca otaq. Balaca qutu. Balacanın dərdi də balacadır. (Atalar sözü).
2. Sayca, miqdarca az, azacıq, cüzi. Balaca dəstə. Balaca bir məbləğ ayırmaq.
3. Azyaşlı, xırdaca, kiçik. Balaca qız hələ məktəbə getmir.
4. İsim kimi: uşaq. Balacanın neçə yaşı var? Ağıllı balaca yekə cahildən yaxşıdır. (Atalar sözü).
5. İsim kimi: balaca uşağa müraciət. Balaca, bir bəri bax!
6. Əhəmiyyətsiz, cüzi, yüngülvarı; bir qədər, bir az. Balaca dəyişiklik. Balaca rol. Balaca narazılıq. Mənə balaca soyuq dəyibdir. Aramızda balaca mübahisə oldu. Balaca bir iş üstə küsüşdülər.
7. Zərf kimi: cüzi, yüngülvarı; bir qədər, bir az. Balaca tərləmək. Balaca yeyib, içdik. Balaca gözlə.
8. Say kimi: bəzən "bir" sözü ilə – azacıq, bir az, bir qədər. Bir balaca gözlə. Sənə bir balaca sözüm var. Sizə bir balaca işim düşüb.

Həmçinin bax:

say: bir balaca Azərbaycan dilinin izahlı lüğəti