Reklam
Reklam

Etimologiya lüğəti

baldır

İnsanın sümük sisteminə bazu (çiyin-dirsək arası), bud (diz-çanaqlıq arası), baldır (diz-ayaq arası) və bilək (dirsək-əl arası) sümükləri daxildir. Bilək sözü bağlaq (müqayisə et: bələk) kimi olub, “bağlama” anlamı ilə əlaqədardır. Xalq arasında baldır sümüyü də “ayaq biləyi” adlanır. Deməli, elə baldır sözü də “bağ­lama” mənasını əks etdirir (ayaq barmaqlarının bağlandığı yerdir). Bəzən bilək, baldır sözlərini beş kəlməsi ilə də əlaqələndirirlər. Məncə, birinci variant daha inandırıcıdır. Başqa mülahizə də mümkündür: baldır sözü qədim qay­naqlarda “çıxıntı” kimi açıqlanıb. İkinci mənası “qohum”, “qol-qanad” demək­dir. Üçüncü mə­nası “ərin kiçik baldızı” anlamı ilə bağlıdır (bu, “qol-qanad” deməkdir). Bəs niyə təkcə kiçik baldızı baldırla əlaqələndiriblər? Görünür, onun boyca kiçikliyi (“mənim baldırım boydasan” deyirik), balaca olması baldırla müqayisə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti