Qarşılığı kimi, bəzi türk dillərində ərnək kəlməsi işlədilir: adsız barmaq yerinə, “cicəmuq ərnək” deyirlər, ulu ərnək –“baş barmaq”dır, suq ərnək –“şəhadət barmağı”dır və s. Barmaq bizdə ölçü vahidi də olub, indiki dyum sözünün yerinə işlədilib (baş barmağın diametri əsas götürülüb). Biz bəzən duym sözünü təhrif edərək düymə kimi də işlədirik. Güman edirəm ki, barmaq kəlməsi dırmıq, dırnaq, daraq sözləri ilə qohumdur. “Diş” (çıxıntı) deməkdir. Elə indi də dırmığın dişləri bəzən barmaq kimi işlədilir. Barmaqlıq (pəncərə ilə bağlı çıxıntılı dəmir) sözü də buna müəyyən əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti